DİQQƏT! Anomal istilərin orqanizmdə yaratdığı fəsadlar BƏLLİ OLDU

"İqlimin birdən-birə dəyişkənliyini yaxşı hal kimi dəyərləndirmirik". Bu sözləri SİA-ya açıqlamasında həkim-terapevt Nərminə Abbasova deyib.

Həkim bildirib ki, hava birdən-birə soyuqdan istiyə keçirsə, insanlar qeyri-ixtiyari olaraq ani geyim dəyişirlər: "İkiqat nazik geyimə keçmək, avtomatik soyuqdan qorxub istiyə qaçan insanlar arasında soyuqdəymələrin artması, infeksiyaların soyuq dəyən orqanizmdə daha da güclü inkişafına, virus yoluxmalarının artmasına gətirib çıxarır. Çünki orqanizm zəiflədikcə virusa yoluxmalar artır. Nəticədə böyük fəlakət olaraq ümumi qan dövranına güclü təsir edir. İstilərin birdən-birə yüksəlməsi ilə bağlı havada maqnit sahəsinin artması qan dövranının dəyişilməsinə səbəb olur. Fəsad olaraq ürək qan-damar sistemində olan dəyişikliklərdən birincisi ürəkdə gedən dəyişikliyə bu günlərdə çox təsadüf olunur. Ümumi qan dövranının pozulmasına görə arterial təzyiqin yüksəlməsi ilə insultların meydana gəlməsi, beyin-qan dövranının pozulması kimi fəsadlar özünü göstərir. Bunlar ağır fəsadlardır, nə qədər müalicə alınsa belə fəsadın çox ağırlaşmış formasıdır. Hərəkət məhdudluqlarına, hətta ölümlə nəticələnə biləcək dərəcədə fəsadlara səbəb ola bilir.

Ümumi qan dövranından əziyyət çəkən insanların sayı həddindən artıq çoxdur. Hər kəs həkim deyil, hamı buna hazırlıqlı ola bilmir. İnsan özünə kömək edənə kimi gec olur. Həkim ən azından özünü korreksiya edir, baş ağrılarında, baş dönmələrində ortaya çıxan simptomlara qarşı özü nəsə edə bilir. Digər insanlar həkimə gedənə, getməyi fikirləşənə qədər çox fəsadlarla üzləşir, xroniki xəstəlik qazanmış olur".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə