Ötən ay zəhərlənmədən ölənlərin SAYI

Ötən ay zəhərlənmədən ölənlərin SAYI

Yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə zəhərlənmə şübhəsi ilə 664 nəfər daxil olub. KTM-dən SİA-ya verilən məlumata görə, onlardan 93 nəfər Toksikologiya şöbəsinə qəbul edilib.

Şöbəyə qəbul edilən xəstələrdən 16-sı dəm qazından, 6-sı botulizmdən, 40-ı dərman zəhərlənməsindən, 5-i etanoldan, 3-ü allergik reaksiyadan, 23-ü isə sirkə turşusundan zəhərlənən şəxslərdir.

Həkimlərin səylərinə baxmayaraq zəhərlənən şəxslərdən 7-si dünyasını dəyişib, onlardan 6-sı kişi, 1-i qadın olub.

Bütün xəbərlər Facebook səhifəmizdə