Həqiqət və ya mif: qadjetlər xərçəngə səbəb ola bilərmi?

Texnologiya əsrində qadcetlər və sağlamlıq arasındakı əlaqə ilə bağlı suallar çoxlarını narahat edir. Qadcetlərin xərçəngə səbəb ola biləcəyi barədə fikir var.

SİA-nın əldə etdiyi məlumata görə, onkoloq Basanov verdiyi şərhdə qadcetlərin insan sağlamlığına təsirindən danışıb.

Beləliklə, Ruslan Basanov smartfonların xərçəngin inkişafı ilə əlaqəsi barədə açıqlamanı mif adlandırıb. Ancaq tanış qacetlərdən uzun müddət və tez-tez istifadə sağlamlığınızı pisləşdirə bilər.

…Telefonların xərçəngin inkişafına səbəb olması ilə bağlı yanlış fikir çoxdan təkzib edilib. Bu barədə danışmağa başlayan kimi alimlər dərhal bunun əksini sübut etdilər. Fizika qanunları və patofizioloji proseslər haqqında kifayət qədər anlayışı olmayan həvəskarların şüurunda belə fərziyyələr yaranır.

Bunu deyən Basanovun sözlərinə görə, daimi olaraq kompüterlə işləyən və ya telefonla oturan insanlar oturaq həyat tərzi keçirirlər.

Bu da öz növbəsində psixoloji problemlər və ya piylənmə kimi müxtəlif xəstəliklərə səbəb olur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə