...İlin əvvəlindən Krasnodar diyarında 50 nəfər qızılcaya yoluxub, onlardan 31-i 17 yaşınadək uşaq və yeniyetmələrdir. Ötən il ərzində regionda 246, 2022-ci ildə isə cəmi altı xəstəliyə yoluxma halı qeydə alınmışdı.

“İnterfaks” Rospotrebnadzorun regional idarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, xəstəlik halları Krasnodar, Soçi, Novorossiysk, Armavir, həmçinin Severski, Kurqaninski, Slavyanski və Primorsko-Axtarski rayonlarında peyvənd olunmamış sakinlərdə aşkar edilib.

Rospotrebnadzorun məlumatına görə, bir çox regionlarda olduğu kimi Kubanda da yoluxucu xəstəliklərə, o cümlədən qızılcaya qarşı peyvəndlər azalır.

Belə ki, 2012-ci ildə 75 min nəfər, o cümlədən 60,5 min uşaq qızılcaya qarşı peyvənd olunmuşdusa, 2022-ci ildə cəmi 68,5 min nəfər, o cümlədən 59 mini uşaq peyvənd olunub.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, qızılca yüksək yoluxucu kəskin viral xəstəlikdir və ÜST-ün məlumatına görə, bütün dünyada uşaq ölümünün əsas səbəblərindən biri olaraq qalır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə