TƏCİLİ - Azərbaycanda yenidən qapanmalar olacaq? - AYDINLIQ GƏTİRİLDİ
“COVİD-19 pandemiyasından sonra dünyada eləcə də beynəlxalq ictimaiyyətdə müəyyən narahatlıqlar var. Bu səbəbdən də sözsüz ki, dünya ölkələri, hökumətlər tərəfindən gözlənilən və gözəgörünməz düşmənə qarşı imkanları daxilində hazırlıq görülür”. Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.
Millət vəkilinin sözlərinə görə, COVİD 19 pandemiyası hətta Almaniya, Fransa və İtaliya kimi güclü və ən inkişaf etmiş ölkələrdə maska uğrunda az qala savaş başlamışdı: “Amma Azərbaycan xalqı, dövləti son yüz ildə baş vermiş ən böyük pandemiya dövründə özünü itirmədi. Möhtərəm Prezidentimizin rəhbərliyi və möhtərəm Birinci vitse-prezidentimizin diqqət və qayğısı ilə pandemiyadan Azərbaycan ən az itki verən ölkə oldu. Bunu deməkdə məqsədim odur ki, bizim dövlətimizdə nəinki epidemiya və pandemiyaya qarşı, hətta gözlənilən və gözlənilməyən hər cür təhlükələrə qarşı önləyici və profilaktik tədbirlər tam görülür. Çünki, epidemiya və pandemiya təkcə insan sağlığına və həyatına təhlükə deyil, həm də millət və xalq sağlamlığına böyük təhlükədir. Daha doğrusu ölkəmizin təhlükəsizlik doktrinasının əsas tərkib hissəsi olan demoqrafik təhlükəsizliyə təhlükədir”.
M.İbrahimqızı bildirib ki, möhtərəm Prezidentimiz pandemiyanın ilk günündən qeyd etdi ki, “Mənim üçün dövlətimiz üçün hər bir vətəndaşın sağlamlığı və həyatı hər şeydən önəmlidir”. Dövlətimizin başçısı dediyi kimi də etdi: “Yəni mən bir daha vurğulayıram ki, ölkəmiz dünyada bu pandemiyadan ən az itki verən ölkə oldu. Son olaraq, bizim dövlətimiz, xüsusən möhtərəm prezidentimiz cənab İlham Əliyev heç bir beynəlxalq təşkilatın tövsiyəsi ilə işini qurmur. O bir ildə iki müharibədən xalqımızı qorudu. Bu mənada ictimaiyyət heç nədən təşvişə düşməməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB