Mərkəzi Gömrük Hospitalının Anesteziologiya və reanimasiya şöbəsinin birinci kurs həkim-rezidenti Nərgiz Babayeva 3 fevral 2024-cü il tarixində saat 12.30-da “Şəkərli diabetin ağırlaşmaları və reanimasyon baxımı” çıxış edəcək. SİA xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının konfrans zalında əyani və zoom vasitəsilə gerçəkləşdiriləcək bu seminarda Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqları, müxtəlif tibb müəssisələrində çalışan mütəxəssislər, təcili yardım həkimləri, anestezioloq-reanimatoloq ixtisası üzrə təhsil alan həkim-rezidentlər və tibb tələbələri iştiraka dəvətlidir.
İştirak üçün aşağıdakı keçiddən qeydiyyata düşmək tələb olunur. Qeydiyyatdan keçən tibb mütəxəssislərinə telefon və ya e-mail vasitəsilə təsdiq məktubu göndəriləcək. Virtual qoşulmaq istəyənlər üçün isə Zoom link göndəriləcəkdir. Qeydiyyat üçün keçid: https://ref.az/tD2xfs.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB