Bu xəstəliklər zamanı antibiotik istifadə etmək olmaz - EKSPERT XƏBƏRDARLIQ ETDİ
Antibiotiklər yararlı olduğu qədər də zərərli dərmanlardır. Bir çox hallarda bu dərmanların əks təsirləri olduğu da görünür. SİA mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyevə müraciət edib.
Onun sözlərinə görə, antibiotiklər — bakteriyaların inkişafını dayandıran və ya onları məhv edən kimyəvi maddələrdir: “Məhz buna görə antibiotikləri qrip, qızılca, məxmərək, epidemik parotit, A, B, C hepatitləri və s. virus mənşəli xəstəliklər zamanı tətbiq etmək olmaz. Bu faydadan çox zərər verə bilər. Antibiotiklər immun hüceyrələrin iş qabiliyyətini aşağı salaraq immun sistemi zəiflədir, xəstəliklərin sağalmasını gecikdirir”.
Ekspert bildirib ki, eyni zamanda bəzi antibiotiklər qaraciyərə, bəziləri də böyrəklərə ciddi zərər verə bilər: “Antibiotiklərin nəzarətsiz istifadəsi bağırsaq florasında da ciddi pozulmalara gətirib çıxarda bilər. Antibiotiklər istifadə zamanı mütləq şəkildə ailə həkiminizə bildirin, həkim tövsiyəsi olmadan antibiotiklərdən istifadə etməyin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB