"Uroloji travmalara klinik yanaşmalar” mövzusunda çıxış edildi - FOTO

Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi, uzman uroloq Bəhruz Xalıqov "Uroloji travmalara klinik yanaşmalar" mövzusunda təqdimatla çıxış edib. SİA xəbər verir ki, tədbirdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Cərrahiyyə şöbəsinin rəisi, ümumi cərrah Namiq Novruzov, ümuni cəhhar Aynur Səfiyeva, sonoloq Tükəzban Abdullayeva, uroloqlar, təcili yardım həkimləri, urologiya ixtisası üzrə təhsil alan həkim-rezidentlər və tibb tələbələri seminarda iştirak ediblər.

Dr.Bəhruz Xalıqov çıxışında xarici təsirlərin səbəb olduğu fiziki bir yaralanma və ya canlı toxumada bir yara olaraq bilinən travmaların növləri, kəsikli görüntülənməyə olan göstərişlər barədə, eləcə də Mərkəzi Gömrük Hospitalında müalicə etdiyi kişi posterior uretra travmaları, qadın uretra travmaları, sling və digər mürəkkəb əməliyyatlara göstərişi olan xəstələrin simptomları, müasir müayinə və müalicə metodları barədə ətraflı məlumat verib.

Seminarın sonunda Bəhruz həkim əyani və zoom üzərindən qiyabı iştirak edən iştirakçıların suallarını cavablandırıb, mövzu ətrafında müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə