“MGH 15 il ərzində yüksək səviyyədə tibbi xidmət göstərib” - MÜSAHİBƏ
25 dekabr 2023-cü il tarixində tibb sahəsində bir çox yeniliklərə imza atmış, Azərbaycanın qabaqcıl səhiyyə ocaqlarından birinə çevrilmiş, vətəndaşlara yüksək keyfiyyətli və güvənli tibbi xidmət göstərən Mərkəzi Gömrük Hospitalının yaranmasının 15 ili tamam olub. SİA xəbər verir ki, bu münasibətlə Gömrük Hospitalının rəisi, baş həkim, tibb xidməti polkovnik-leytenantı, ümumi cərrah, t.e.d. Bəxtiyar Musayev Mərkəzi Gömrük Hospitalında son 15 il ərzində həyata keçirilmiş unikal əməliyyatlar, tibb sahəsində tətbiq olunan yeniliklər və fəaliyyəti barədə suallarımızı cavablandırıb.
-Bəxtiyar müəllim, ilk növbədə, Mərkəzi Gömrük Hospitalının 15 il müddətində qazandığı uğurlar və fəaliyyəti barədə məlumat verərdiniz.
- Mərkəzi Gömrük Hospitalı 15 illik inkişaf yolu keçərək Azərbaycan səhiyyə sistemində öz layiqli yerini tapmışdır. Bu gün Hospitalın ölkənin aparıcı tibb müassisələrin arasında layiqlı yer tutması bizim məqsədimizə nail olmağımızın sübutudur. Keçən 15 il ərzində bizə vətəndaşlardan 1 067 048 müraciət olub. 4 554 101 sayda müxtəlif çeşidli tibbi xidmət göstərilib, 305 289 nəfər Hospitalımızda ambulator, 45 001 nəfər isə stasionar müalicə alıb və ümumilikdə 53 737 cərrahi əməliyyat icra olunub. Amma bu rəqəmlər yalnız statistik rəqəmlər deyil.
Bu rəqəmlər Mərkəzi Gömrük Hospitalında özünün, əzizinin, yaxınının şəfa tapması üçün inanan ürəklərin sayıdır. Bu rəqəmlər bizim hər bir pasiyentin gecə-gündüz yorulmadan şəfa tapması üçün çalışdığımız, bu gün bir çoxu ilə doğmalaşdığımız həyatların sayıdır. Hospitalın personalı hər zaman hər bir pasiyenti öz doğması bilir və onun yaşaması, sağlamlığına qovuşması üçün yorulmadan çalışır. Mərkəzi Gömrük Hospitalı gömrük əməkdaşlarının, onların ailə üzvlərinin, təqaüddə olan gömrükçülərin və əhalinin sağlamlığının keşiyində gecə-gündüz yorulmadan dayanır.
- Son 5 ildə Mərkəzi Gömrük Hospitalında hansı mürəkkəb əməliyyatlar icra olunub?
-Mərkəzi Gömrük Hospitalında son 5 ildə bir çox unikal və mürəkkəb əməliyyatlar uğurla icra olunaraq, ümidini itirmiş insanlara sevinc bəxş edilmişdir. Son 5 ildə 208 qaraciyər nəqli əməliyyatı, 316 böyrək köçürülməsi və 6 xəstədə isə müştərək əməliyyat həyata keçirilmişdir. Bu əməliyyatlar içərisində eyni seansda aparılmış iki mürəkkəb əməliyyat - 5 yaşlı uşaq üzərində koronar by-pass əməliyyatı və qaraciyər transplantasiyası əməliyyatı artıq dünya tibbində da öz unikal yerini tutub. Həmçinin, tamamilə yeni müalicə növü olan endovaskulyar yəni bildiyimiz böyük cərrahi müdaxilə aparılmadan ürək klapanlarının dəyişdirilməsi, tibbi dildə desək, TAVİ əməliyyatları dünya standartlarına uyğun şəkildə icra edilir. Bizim invaziv kardioloqlar tərəfindən artıq 30-dan çox xəstə üzərində TAVİ əməliyyatı uğurla icra edilib. Həyata keçirilən əməliyyatlar sırasında həmçinin azyaşlı uşaqlar, yenidoğulmuşlar və yarımçıqdoğulmuşlarda anadangəlmə ürək qüsurları səbəbindən aparılan cərrahi əməliyyatları da qeyd etməsəm olmaz. Çünkü məhz Mərkəzi Gömrük Hospitalının peşəkar kardiocərrahları həyata yeni qədəm qoyan bu körpələrə ikinci bir nəfəs bəxş edir.
- Bildiyimiz kimi, Hospitalda tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə böyük önəm verilir. Bu məqsədlə dünyanın tanınmış səhiyyə mərkəzləri ilə əməkdaşlıq əlaqələri qurulubmu?
- Mərkəzi Gömrük Hospitalı Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrinin nüfuzlu tibb mərkəzləri, təhsil müəssisələri ilə yaxından əməkdaşlıq edir. Bu qurumlardan biri də Türkiyənin Florence Nightingale Xəstəxənalar Qrupu ilə olan əməkdaşlığımızdır. 2019-cu ildə imzalanmış memoranduma əsasən Florence Nightingale Xəstəxənalar Qrupunun görkəmli həkimləri ilə qarşılıqlı görüşlər, elmi və praktiki konfrans və simpoziumlar təşkil edirik, tibb heyətimiz Florence Nightingale Xəst…
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB