"Vəba xəstəliyi bakterial xəstəlikdir". Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist-hepatoloq Sadiqə Əliyeva deyib.

Həkim bildirib ki, xəstəlik vəba vibrionlarının yayılması nəticəsində əmələ gəlir: "Bu yayılma çox vaxt içməli su mənbələrinin çirklənməsi zamanı baş verir. Çirklənmə kanalizasiya sistemi xətlərindən içməli su mənbələrinə sızma nəticəsində ola bilər. Beləliklə, həmin su mənbələrindən istifadə etdikdə, meyvə-tərəvəzi çirkli yeməklə vəbanın yoluxma halları baş verir. Vəbaya yoluxduqda güclü ishal, bədənin susuzlaşması baş verir".
"Xəstəliyi erkən aşkarladıqda susuzlaşmanın bərpa edilməsi, antibiotik müalicəsi ilə xəstəlik tez zamanda sağala bilir, ölüm halları da 1%-dən aşağı olur. Azərbaycanda vəba epidemiyası yoxdur. Ancaq kanalizasiya sistemlərindən içməli su mənbələrinə su sızması nəticəsində yayıla bilər"-deyə həkim əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB