Hicama kimlərə tətbiq oluna bilməz? - FİZİOTERAPEVT AYDINLIQ GƏTİRDİ

“Hicama kapilyar damarlarda yığılan toksinləri xaric edən prosedurdur”. Bu sözləri SİA-ya açıqlamasında fizioterapevt və hicama uzmanı Ramazan Buluşov bildirib.

Bildirib ki, toksinlər əsas bizim qaraciyəri ifraz edə bilməyəndə bizim yediyimiz, içdiyimiz dərmanları, bir çox maddələri kapilyara dərinin birinci qatına yığır: “Dərimiz 3 qatdan ibarətdir - epidermis, derma, gipodermis.

Biz toksinləri epidermisdən xaric edirik və o, toksinlər də bir çox xəstəliklərə, ağrılara səbəb olan maddələrdir. Hicamanın əsas üstünlüyü qan dövranının yaxşılaşdırılmasıdır. Hicama sayəsində bir çox xəstəliklər, problemlər aradan qalxır.

Qeyd edim ki, hicama üçün yaş qrupları yoxdur. 12-13 yaş aralığı uşaqlara bir-iki bankadan başlayaraq etmək olar. Onların qan analizinə baxıb onların leykositlərinin, trombositlərinin miqdarına, normasına baxıb onları elə uyğunlaşdırmaq lazımdı. Yaşlılara da məsləhətdir ki ilk növbədə analiz versin və daha sonra bu müalicə tətbiq olunsun. Adətən təzyiq problemləri 50 yaşdan yuxarı insanlarda başlayır və onlara bu proses daha çox lazımdır.

Hicamanın faydaları haqqında danışdığımızda bir çoxları deyirki “ağır xəstəliklərə yardım edir”, əslində bunu demək tam düzgün deyil. Çünki bəzən olur müəyyən ağır xəstəlikləri aradan qaldırır, təsir edir amma əsas faydaları bunlardır.

• Qan dövranının yaxşılaşdırılması
• Əzələlərin yumuşaltması,
• Sinirlərin rahatlaşdırılmasıdır
• Orqanların fuksiyalarını normalaşdırır
• Tutulan damarların açılmasıdır.
•Miqren
Miqrenə ən effektiv təsir edən müalicələrdən biridir. Düzdü deməzdim tam aradan qalxır, amma müəyyən seanslar tətbiq etsək, artıq uzun müddət baş ağrısı, baş tutulması uzun müddət baş verməyəcək. Bundan əlavə deyə bilərəm ki, adətən təyziq, şəkər diyabetli xəstələrinə və yaxud da əzələdə spazma, osteoxondroz, bel ağrıları, sinir ağrılarına, müəyyən qədər varikoza yardım edir. Hicamanı ağır xərçəng xəstələrinə, hemofiliya, talassemiya, sirroz xəstələrinə etmək olmaz. Lakin “Anemiya” xəstələrində isə hicama etmək üçün ilk növbədə onun qan faizinə trombositlər, leykositlərin miqdarına baxıb ona uyğun tətbiq eləmək olar”.

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə