Qida allergiyası hansı qidalardan yaranır? - MÜNASİBƏT BİLDİRİLDİ
"Bir çox insanlarda qida allergiyası dediyimiz, yaxud qida intoleransı adı ilə bilinən xəstəlik var". Bu sözləri SİA-ya açıqlamasında sağlam həyat tərzi üzrə beynəlxalq təlimçi-ekspert, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında ictimai şuranın üzvü Məhsəti Hüseynova deyib.

O, bildirib ki, allergiya əlamətlərinə sıradan baxılmamalı, laqeyd yanaşılmamalıdır: "Çünki allergiya hər orqanizmin bir maddəyə qarşı həddindən artıq həssas olması, reaksiya verməsidir. Bu da ən çox zülal tərkibli qidalarda olur. Hər bir insan orqanizmin hansı qidaya qarşı allergiyası olub olmadığını bilməlidir. Allergiyanın əlamətləri bir çox hallarda qaşınma, dəridə səpki, qızarıqlıq, üzün, dodağın, gözlərin şişməsidir. Kəskin olduqda təngnəfəslik, qusma, soyuq tər basması, ishal, qarında ağrı kimi simptomlarla ortaya çıxır. Çox şiddətli olduqda isə dilin şişməsi, nəfəs alıb verə bilməmək və danışmağı, şüuru itirmək, dayanmadan öskürməkdir. Belə olan halda bir çox hallarda uşaqlarda ölümlə də nəticələnə bilər. Hətta böyüklərdə belə şüurun getməsi, ürəkgetməyə qədər aparıb çıxara bilər. Yaxşı olar ki, şəxs mütləq hansı qidaya allergiyası olub-olmadığını bilsin. Bu, altı ayına qədər ana südü ilə qidalanmayan orqanizmlərdə daha çox rast gəlinir. Bir çox insanlarda yarım saatda özünü göstərirsə, bəzi insanlarda 24-72 saata qədər də göstərə bilər. Çox halda insanların bir qidaya deyil də, bir neçə qidaya allergiyası olur. Belə olan halda həmin qidanın ikisini birlikdə qəbul etsə, ölümə qədər yol aça bilər. Yüngül, orta dərəcəli, şiddətli allergiyalar var ki, neçə və hansı saatda simptomlarla ortaya çıxdığını göstərir. Daha çox zülal, protein tərkibli qidalar allergiyaya səbəb olur. Bu, uşaqlarda bir çox qidalarla özünü göstərir. Bəzən böyüyənə qədər orqanizmdə həmin qidalara qarşı həssaslıq olur. Adətən inək südü, yumurta, lobya, yer fıstığı, fındıq, dəniz məhsulları, göbələkdən zəhərlənmələr olur. Bəzən yeyilən və zəhərli göbələklə qarışdırılır. Heç də belə deyil. Yeyilə bilən göbələkdən belə zəhərlənə bilən insanlar var. Buna da diqqət etmək lazımdır. İnsanlarda buğdaya qarşı da allergiya ola bilər. Bu, daha çox gizli şəkildə baş verir. Qarında şişkinlik, köp, sancı, ağrılarla müşahidə olunur. Müasir buğdanın tərkibi həddindən artıq geni dəyişdirilmiş və müdaxilələr olduğuna görə hər orqanizm, xüsusilə də, immun sistemi zəif olan orqanizm buğdanı həzm edə bilmir. Bunlar insanın ömür boyu həyatında davam edir və müalicə olunmur. O insanlara həmin qidalardan uzaq durması məsləhət görülür. Hər hansı mövsümü meyvə və tərəvəzə, sitrus meyvələrinə qarşı allergiya varsa, bunu az miqdarda test edib yeyərək gələcəkdə immun sistemi gücləndikdə qəbul etmək olar".
"Əgər ailənin bir fərdində, yaxud valideynlərdə hər hansı qida allergiyası varsa, bu zaman uşaqlarda diqqətli olmaq lazımdır ki, onların da həmin qidaya qarşı allergiyasının olduğu yoxlanılmalıdır. Əks halda xoşagəlməz hallarla rastlaşmaq olar. Bunlara laqeyd yanaşılmamalıdır. Hər bir insanda hər hansı qidaya qarşı allergiya varsa, əvvəldən müəyyənləşdirilib səyahət, xəstəlik zamanı bu məlumatlar mütləq onun yanında olmalıdır. Allergiyaya qarşı dərmanı varsa, onu da yanından əksik etməməlidir" - deyə M.Hüseynova əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB