Mərkəzi Gömrük Hospitalın Radiologiya şöbəsinin yüksəkixtisaslı həkim sonoloqu Günay Əhmədovanı təqdim edirik.
Dr. GÜNAY ƏHMƏDOVA pediartik ultrasəs müayinələri, periferik limfa düyünlərinin ultrasəs müayinəsini, oynaqların ultrasəs müayinəsini, rəngli doppler müayinələri, elastometriya-qaraciyərin FibroScan müayinəsini, qarın boşluğu orqanlarının: uroloji və ginekoloji orqanların müayinəsini, follikulometriya, erkən hamiləliyin təyini, hamiləliyin trimestrlərlə müayinəsini, prostat vəzinin transrektal görüntüləmələri, yumşaq toxumaların müayinəsini, toraks, timus müayinəsini, süd vəzinin ultrasəslə müayinəsi və mamoqrafiyası müayinəsi; invaziv üsulla süd vəzisindən və qalxanvarı vəzidən biopsiyanın alınmasını, plevral və periton boşluqlardan mayenin boşaldılmasını həyata keçirir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/gunay-ehmedova/#
Dr. Əhmədova 2002-2008-ci illərdə Azərbaycan Tibb Universitetində ali təhsil almış, 2008-2009-cu illərdə A.Q.Abbasov adına Şəhər Onkoloji Dispanserində internatura keçmişdir. Əmək fəaliyyətinə 2011-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-sonoloq kimi başlamışdır. Dr. Əhmədova daim öz üzərində çalışır, dünya tibb elminin nailiyyətlərini izləyir və işində tibbin ən yeni metod və üsullarından istifadə edir.
O, 2010-cu ildə Istanbul Universitetinin Tibb fakültəsinin Radioloji Anabilim Bölümündə bütün orqanların ultrasonoqrafik dəyərləndirilməsi və GRİ SCALA rəngli doppleroqrafiyası kursunda, 2012-ci ildə Türk Radioloji Dərnəyinin süd vəzisi üzrə seminarında, 2013-cü ildə İstanbul Universitetinin Tibb Fakültəsinin Radioloji AnaBilim Bölümündə pediatrik ultrasonoqrafik dəyərləndirmələr, Neyrosonoqrafiya, Artrosonoqrafiya, Yenidoğulmuşlarda pataloji dəyişikliklərin anomaliyaların diferensial dəyərləndirilməsi kursunda 6 ay müddətində iştirak etmişdir.
2013-2014-cü illərdə İUTF Radioloji Anabilim Dalında Damarların rəngli doppleroqrafiyası, Süd vəzilərinin USG-si və Mamoqrafiyası, Obsetrik USG, Hamilələrdə Doppleroqrafiya, Anorektal USG kursu, 2014-cü ildə İstanbul ALFA Radioloji Görüntüləmə Mərkəzində Praktik Seminar kursu /GRİ SCALA-Neyrosonoqrafiya, Ayrıntılı USG/, yumşaq toxumalar və endokrin və limfotik sistem üzrə USG kursu, 2015-ci ildə Ayrıntılı USG, Abdominal USG, Ginekoloji Xəstəliklər zamanı Diferensial USG praktik seminar kursu keçərək bilik və bacarıqlarını təkmilləşdirmişdir. 2018-ci ildə İstanbul şəhərində I və II trimestrdəki hamiləliklərdə rutin ayrıntılı USG obstrektik doppler, USG kursunda iştirak etmişdir. Dr.Günay Əhmədova 2021-ci ildə “Gömrük orqanlarında xidmətə görə" 3-cü dərəcəli döş nişanı ilə, 2022-ci ildə Azərbaycan Respublikası Gömrük işini aparan İcra Hakimiyyəti orqanının Fəxri fərmanı və 2023-cü ildə Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022) Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Dr. G.Əhmədovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB