MGH-da Qazaxıstanın “Calamat Şirkətlər Qrup”un nümayəndələri ilə görüş keçirilib
17 yanvar 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalında Qazaxıstanın “Calamat Şirkətlər Qrup”un və Hindistanın “Zain” şirkətinin nümayəndələri ilə görüş keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent Dr.İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, Alqı-Satqı şöbəsinin rəisi Akif Əsgərov, həkim psixiatr Gülay Məmmədzadə və digər nümayəndələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, dosent Dr.İsmayıl Əfəndiyev qonaqları salamlayaraq, Mərkəzi Gömrük Hospitalının 15 illik fəaliyyəti, həyata keçirilən unikal və mürəkkəb əməliyyatlar, eləcə də Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən elmi tədbirlər barədə ətraflı məlumat verib.
Daha sonra “Calamat Şirkətlər Qrup”un Marketinq Departamentinin rəhbəri Surim Orumbayev təmsil etdiyi şirkətin fəaliyyəti, istehsal etdiyi tibbi ləvazimatları və distribyutor olduqları tibbi avadanlıqlar barədə danışıb. Daha sonra “Calamat Şirkətlər Qrup”-un təqdim etdikləri tibbi avadanlıq və ləvazimatlar və onların iş prinsipləri nümayiş olunub. Həmçinin, “Calamat Qrup”un mütəxəssisi Assel Şarpina və “Forus Health” LTD-nin Xidmətlər üzrə baş mütəxəssisi Zain tibbi cihazların istifadə olunduğu ölkələr, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması barədə öz qeydlərini əlavə ediblər.
Həmçinin, görüşdə hamilə qadınlar və yenidoğulanların sağlamlığı məsələlərinin prioritet olduğu vurğulanıb, yaxın gələcəkdə Mərkəzi Gömrük Hospitalının yeni korpusunun istifadəyə veriləcəyi diqqətə çəkilib, və bu səbəbdən də, şirkətin məhz ana və uşaq sağlamlığı sahəsindəki fəaliyyət istiqamətləri və istehsal etdiyi unikal və innovativ tibbi cihazların tətbiqi məsələləri də geniş müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB