Saç tökülməsi, dırnaqların qırılması nə ilə bağlıdır? - FOTO

Saç tökülməsi, dırnaqların qırılması, dəridə problemlərdən qaçmaq olmur. Əgər sizin də belə kompleks problemləriniz varsa, bu, bədəninizdə müəyyən vitaminlərin çatmadığını göstərir.

Dırnaq qırılması, saç tökülməsi və yuxusuzluq kimi simptomlar bəzi hormonların kifayət qədər işləməməsindən, vitamin və mineral çatışmazlığından qaynaqlana bilər.

Saç tökülməsi və dırnaqların qırılmasının səbəbləri çoxdur. Qeyri-sağlam qidalanma, stres və psixo-emosional zərbələr, doğuşdan sonrakı dövrlərdə qadınların orqanizminin zəifləməsi, yanlış pəhrizlər, vitamin, zülal və mikroelementlərin çatışmazlığını ilkin səbəb kimi qeyd edə bilərik. Həmçinin, antibiotiklərin həkim məsləhəti olmadan qəbulu saç və dırnaqların kök sisteminin zəifləməsinə səbəb ola bilər. Bundan başqa, bədənin daxilində iltihablı proseslər, immunitetin zəifləməsi, hormonal dəyişikliklər yalnız saç, dəri, dırnaqların vəziyyətinə deyil, ümumiyyətlə, bütün orqanizmə mənfi təsir göstərir.

Halsızlıq, dırnaq qırılması, saç tökülməsi kimi problemlər yaşayırsınızsa, bunun səbəbi böyrəküstü vəzinin işləməməsi ola bilər. Braziliya fındığı və qurudulmuş cəfəri yarpaqlarını blenderə atın. Çəkdikdən sonra təbii bal, quru üzüm və toz zəncəfil əlavə edin. Həftədə 2-3 dəfə için.

Dırnaqlar niyə qırılır?

1. Dırnaq qırılmalarının əsas əlaməti vitamin və mineral çatışmazlığı nəticəsində yaranan xəstəlikdir.
2. Kalsium, maqnezium, dəmir və sink çatışmayanda da dırnaqlarımız qırılır.
3. A vitamini və qanazlığına səbəb olan B vitamini çatışmayanda.
4. Hormon dəyişikliyi, troid xəstəliyi, ürək xəstəliklərinin ilk vaxtlarında dırnaq qırılması kimi əlamətlər müşayiət oluna bilər.
5. Zob xəstəliyi zamanı dırnaqların qırılması və incəlməsinə səbəb olar.
6. Dırnaqların qırılması zamanı dırnaqların bənövşəyi, sarı, yaşıl rənglər alması, dırnaqların üzərində cizgilərin meydana gəlməsi, dırnaqların kənarlarının girintili-çıxıntılı olması, dırnaqların uzanmaması, hədsiz dərəcədə yumşalması dırnaqlarda olan mənfi əlamətlərdəndir.
7. Dırnaq qırılmasının müalicəsi zamanı hansı xəstəliklə bağlı olduğunu müəyyənləşdirmək üçün müayinələr aparılır.
8. Dırnaqların qırılmaması üçün onları çox uzatmamaq məsləhətdir.
9. Dırnaqlara daim qulluq etmək,onları nəmləndirmək lazımdır.

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə