Bu xəstəxanalarda çalışan həkimlərin maaşına əlavələr veriləcək
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi yanvarın 2-dən aprelin 2-nə qədər uzadılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB