Sumqayıt şəhərində rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 3 517 nəfərdir. Bu barədə SİA-ya Sumqayıt şəhər Narkoloji Dispanserdən bildirilib.
Məlumata görə, hazırda müəssisədə qeydiyyatda olan narkoloji xəstələrin sayı 6 452 nəfərdir. Narkotik istifadəçilərinin sayı isə 3 517 nəfər təşkil edir. Onlardan 114 nəfəri qadındır.
Sumqayıt şəhər Narkoloji Dispanserdə qeydiyyatda olan alkoqolizm xəstələrinin sayı isə 1 942 nəfərdir. Onların 22-i zərif cinsin nümayəndəsidir.
Bildirilib ki, narkoloji xəstələrin və narkotik istifadəçilərinin əksəriyyəti 20-40 yaş arasındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB