Cavan və gümrah qalmaq üçün necə qidalanmalıyıq? - AYDINLIQ GƏTİRİLDİ
"İnsanın cavan və gümrah qalması üçün birinci növbədə qidaların tərkibindəki antioksidantlar önəm daşıyır". Bu sözləri SİA-ya açıqlamasında həkim dietoloq Leyla Zülfüqarlı deyib.

Dietoloqun sözlərinə görə, antioksidant bizi toksinlərdən qoruyur, daha doğrusu toksinləri məhv edir: "İnsan orqanizmində bir çox xəstəlikləri yaradan, qocalmanı sürətləndirən toksinlərdir. O da yalnız qidadan deyil, ətraf mühitdən, ağır metallardan, kimyəvi vasitələrdən və s. bədənimizə daxil olur. Bunun üçün biz bol-bol tərkibində antioksidant olan qidalar yeməliyik. Bunlar daha çox tərəvəzdə, balıq ətində, faydalı yağ turşularında və başqa qidalardadır".
O, bildirib ki, az və çox yemək arasındakı normanı necə saxlamaq olar? Çox yemək heç nəyə xeyir deyil. Yalnız porsiyaya fikir verərək, nəzarətli şəkildə qidalanmaq lazımdır. Bu da dietologiya elminin orta dərəcədə prinsipini təşkil edir. Ona görə həmişə insan gözü doymamış yeməyi bitirməlidir. Onsuz da, insan yeməyi bitirdikdən 15 dəqiqə sonra doğduğunu hiss edəcək. Az qidalanmaq üçün aramla yemək, daha çox çeynəyərək yemək lazımdır. Çeynəyərək yedikdə porsiya iki dəfə azala bilir.
Dietoloq əlavə edib ki, ömürboyu oruc tutan adamlarda, aralıqlı oruc dietidirsə, doğrudur. Əgər siz 16-20 saat məsafə verərək nə yediyinizə fikir verirsinizsə, doğru hesab olunur. Səhv oruc tutanlar da var ki, onlar sadəcə məsafəni gözləyib yemək saatı gələndə çox yeyirlər. Artıq bu qidalanma yanlışdır. Niyə gün ərzində heç nə yeməyən insan özünü halsız hiss edir? Çünki qidalanmanın vacib funksiyası var. Qida bədənimizə maddə ötürməlidir. Qidanı ona görə qəbul etməliyik ki, içindəki maddəni alaq. Gün ərzində ac olan insan əgər nə gəldi yeyibsə, amma maddə ötürməyən yeməklər yeyibsə, orqanizmdə element, mikroelement, mineral, vitamin əskikliyi nəticəsində insan özünü halsız hiss edir, dəmir itkisi ola bilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB