Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Qebreyesus bildirib ki, bir çox ölkədə yoluxma hallarının artması səbəbindən maska taxmaq və COVID-19-a qarşı peyvənd olunmaq lazımdır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, X sosial şəbəkəsində yazıb.
Qebreyesusun sözlərinə görə, son bir neçə həftə ərzində bir sıra ölkələrdə COVID-19, həmçinin qrip və digər patogenlərə yoluxanların sayı artmaqdadır.
Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatı rəhbəri hesab edir ki, yaxın gələcəkdə yalnız keçmiş bayramlara görə yoluxma halları daha çox olacaq.
...Məzaları azaltmaq üçün maskalardan, ventilyasiyadan və məsafədən istifadə etməyə davam edin! Sizin və yaxınlarınızın COVID-19 eləcə də qripə qarşı peyvənd olunduğundan əmin olun.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB