Qış çayları nə qədər məsumdur? - DİQQƏT

Son vaxtlar "qış çayı" adı altında qarışıq bitki çaylarına tələbat çoxdur. SİA xarici mətbuata istinadən xəbər verir ki, Dr. Etil Güzelmeriçə görə bu çayların şüursuz istifadəsi xəstəliklərdən qorumaq əvəzinə sizi sağlamlığınızdan edə bilər.

Bitki çayları ən çox qış aylarında qəbul olunur. Apteklərdə satılan 10 fərqli məhsul üzərində araşdırma edilib. Bunların içərisində hibiskus, quşburnu, çobanyastığı, darçın çubuğu daha çox istifadə olunur. İlk problem üst məlumatlar ilə paketin daxili uyğunsuzluğu olub. Bəzi çaylarda paketin üstündə yazılan məlumatlarda olmayan bitkilərin çayın içərisində olduğu aşkarlanıb. Qış çaylarının keyfiyyəti də bu problemlərə aiddir.

Bu çayların gündə 1-2 fincan istifadəsi məsləhət görülür. Bəzi çaylar üçün istifadə müddəti və miqdarı limitlidir. "Arıqlama çayı" adı altında satılan bu çayların daxilində sinameki yarpağı var. Bu yarpaq ciddi qəbzlik problemlərində 1-2 həftədən çox məsləhət görülmür. Ümumiyyətlə, heç bir bitki arıqlamaq üçün möcüzəvi nəticə yaratmır.

Diqqət etməli olduğunuz digər faktorlar isə yığılma, qurutma və saxlama şərtlərinə görə bitkinin ağır metal, pestisit, fumigat tərkibli olmamasıdır.

Sakinləşdirici və həzmə kömək olan tibbi çobanyastığı, Matricaria recutita ilə bir-birinə bənzəyən adi çobanyastığı çayları var. Yalnış bitki istifadəsi ilə zəhərlənmə və orqan zədələnməsi müşahidə oluna bilir. Bu bitkilərin həkim nəzarəti altında istifadəsi məsləhət görülür.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə