Dr.Mirmənsim Məmmədov “Kəskin böyrək zədələnməsi” mövzusunda çıxış edib - FOTO
Mərkəzi Gömrük Hospitalının Nefrologiya və Efferent Terapiya şöbəsinin rəisi, nefroloq Mirmənsim Məmmədov 29 dekabr 2023-cü il tarixində “Kəskin böyrək zədələnməsi” mövzusunda təqdimatla çıxış edib. SİA xəbər verir ki, tədbirdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, terapevt Xumar Novruzova, həkim-rezidentlər və tibb tələbələri seminarda iştirak ediblər.
Tədbirdə Dr.Mirmənsim Məmmədov kəskin böyrək zədələnmələri və kəskin böyrək çatışmazlığı, işemik kəskin tubulyar nekrozun 4 mərhələsi, eləcə də anuriyanın səbəbləri, böyrək xəstəliyi olmadan BUN/sCr dəyişikliyi, dializə göstərişlər və digər mövzularda ətraflı məlumat verib.
Qeyd edək ki, Dr.Mirmənsim Məmmədov Mərkəzi Gömrük Hospitalında nefroloji və böyrək transplantasiyası olmuş xəstələrin polikilnik və stasionar müalicəsini, hemodializ kateterinin qoyulmasını, daimi hemodializ kateterinin qoyulmasını, kəskin və xroniki böyrək çatışmazlığında hemodializ, hemofiltrasiya, izolyasiya olunmuş ultrafiltrasiya, membran plazmafarez və böyrəklərin incə iynə ilə biopsiyası prosedurlarını həyata keçirir.
Dr.Mirmənsim Məmmədov 2008-ci ildə Azərbaycan Tibb Universitetini bitirmiş, 2008-2009-cu illərdə Mərkəzi Dəmiryol xəstəxanasında internatura keçmişdir. 2011-2013-cü illərdə dövlət tibb müəssisəsində həkim-nefroloq kimi çalışmışdır. Dr.Mirmənsim Məmmədov 2013-cü ildən Mərkəzi Gömrük Hospitalında nefroloq, 2018-ci ildən isə Hospitalın Efferent terapiya şöbəsinin rəisi kimi fəaliyyət göstərir. Daim öz bilik və bacarıqlarını artıran, özünə qarşı çox tələbkar olan yüksəkixtisaslı mütəxəssisdir.
Dr.Mirmənsim Məmmədov müxtəlif illərdə xarici ölkələrdə təşkil olunan təkmilləşdirmə kurslarında, beynəlxalq konqreslərdə iştirak etmişdir. Belə ki, 2009-2011-ci illərdə Türkiyə 9 Eylül Universitetinin nefrologiya kafedrasında, 2015-ci ildə Türkiyənin Akdeniz Univerisitetinin Orqan Transplantasiyası Mərkəzində təkmilləşdirmə kursları keçmişdir. O, 2015-ci ildə Türkiyənin Ankara şəhərində XII Beynəlxalq İntensiv Terapiya konqresində və 2018-ci ildə Antalyanın Belek şəhərində Beynəlxalq nefroloji, hipertoniya, dializ və transplantasiya konqresində iştirak etmişdir.
Dr.Mirmənsim Məmmədov 2019-cu ilin aprel ayında Türkiyənin Ankara şəhərində yerləşən Ankara Tibb Universitetinin Pediatriya xəstəxanasında "Uşaqlarda kəskin və xroniki böyrək çatışmazlığı zamanı peritoneal dializ" mövzusunda təkmilləşdirmə kursunda, həmin ilin oktyabr ayında Türkiyənin Malatya şəhərində yerləşən İnönü Universitetinin Qaraciyər Transplantasiya İnstitutunda hepatorenal sindromlu xəstələrdə ekstrakarporal müalicə üzrə təkmilləşdirmə kursunda iştirak etmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB