“Fleboloji xəstəliklərin müalicəsində Ultrasəs müayinəsinin əhəmiyyəti"
Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə “Flebologiyada aktual problemlər” mövzusunda elmi-praktiki seminarda iştirak edib. SİA xəbər verir ki, seminarda Dr.Səbuhi Dadaşov AÜDCC fleboloji işçi qrupunun rəhbəri kimi moderatorluq edib və "Fleboloji xəstəliklərin müalicəsində Ultrasəs müayinəsinin əhəmiyyəti" barədə təqdimatla çıxış edib.
Səbuhi həkim çıxışında US müayinəsinin diaqnostika zamanı, əməliyyatda və əməliyyatdan sonrakı dövrdə əhəmiyyəti və beynəxalq kliniki protokollara görə US müayinəsinin müasir flebologiyanın mütləq tərkib hissəsi olduğu haqqında məlumat verib. Bundan sonra maraqlı 4 klinik hall iştirakçılara təqdim olunub. Seminar iştirakçıları tərəfindən məruzələr böyük maraqla qarşılanıb, mövzular ətrafında geniş müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB