Bayram günlərində uşaqları qapalı məkanlardan uzaq tutun! - NAZİRLİK
Bayram günlərində uşaqları kütləvi və qapalı məkanlardan uzaq tutmaq lazımdır. SİA xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva qızılca ilə bağlı danışarkən deyib.
O bildirib ki, qızılcaya yoluxan bir nəfər ətrafında olan 10-12 nəfəri yoluxdura bilər.
“Uşaqlar arasında qızılcaya yoluxma halları artıb. Ona görə də çağırış edirəm ki, valideynlər övladlarını vaxtında qızılca əleyhinə peyvənd vurdurmağa gətirsinlər”, - mərkəz rəsmisi əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB