BQXK TƏBİB-lə Tərtər və Ağdamda üç tibb müəssisəsində monitorinq aparıb - FOTOLAR

Ötən həftə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) TƏBİB-lə birlikdə Tərtər və Ağdamda üç tibb müəssisəsinin monitorinqini həyata keçirib. SİA xəbər verir ki, bu barədə BQXK-nın "X" hesabında məlumat yayılıb.

"Ötən həftə Tərtər və Ağdamda TƏBİB-lə birlikdə seçilmiş üç ilkin səhiyyə müəssisəsinin monitorinqi və təhvil-təslimi baş tutub. Görülən işlərə nəzarət etmək üçün TƏBİB nümayəndələri ilə Sarov, Borsunlu və Əfətli kəndlərinə sonuncu birgə monitorinq keçirdik",- məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə