Respirator viruslar qapalı məkanlarda daha çox yayılır - HƏKİM

Açıq məkanlarda kəskin respirator viruslara yoluxma halı daha azdır. SİA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnaz Ağayeva deyib.

Onun sözlərinə görə, respirator viruslar qapalı məkanlarda hava-damcı yolu ilə daha çox yayılır:

“Virusların yayılmasını nəzərə alaraq peyvəndlənmə işində aktiv olmaq tövsiyə olunur və peyvəndlənmə tam təhlükəsizdir. Dərman vasitələri və qida əlavələrindən istifadə zamanı isə ehtiyatlı olmaq lazımdır”, - pediatr bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə