Dr.Namiq Novruzov təqdimatla çıxış edib

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə şöbəsinin rəisi, ümumi cərrah Namiq Növruzov 1 dekabr 2023-cü il tarixində “ASSİT diaqnostikası və müalicə prinsipləri” mövzusunda təqdimat ilə çıxış edib. Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Ümumi Cərrahiyyə şöbəsinin ümumi cərrahı, t.ü.f.d., Dr.Aynur Səfiyeva, terapevt Xumar Novruzova, həkim rezidentlər və tibb tələbələri iştirak ediblər.

Dr.Namiq Novruzov çıxışında ASSİT-in yaranma səbəbləri, növləri, təsnifatı, diaqnostika metodları, periopertaiv tədbirlər, eləcə də ASSİT müalicəsi, ASSİT zamanı əks göstərişlər barədə barədə ətraflı məlumat verib. Tədbirin sonunda Dr.Namiq Novruzov tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, tədbir Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb. Linki təqdim edirik: https://www.facebook.com/customshospital/).

Bütün xəbərlər Facebook səhifəmizdə