100-ə yaxın orta məktəbdə maarifləndirici tədbirlər keçirilib

“Cari ildə Respublika QİÇS-lə Mübarizə Mərkəzi Regional Təhsil İdarələri ilə birgə Tərtər, Bərdə, Ağcabədi, Füzuli, Xızı, Ağdaş, Masallı, Salyan, Bakıda yerləşən Şuşa qəsəbəsindəki məktəblərdə və Gəncə şəhərində yerləşən Xocalı məktəblərində ümumilikdə 100-ə yaxım orta məktəbdə müəllim heyəti və şagirdlər üçün “Sağlam həyat - etibarlı gələcək”, “QİÇS-ə qarşı mübarizə” adlı maarifləndirici tədbirlər keçirib”. SİA xəbər verir ki, bunu Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş konfransda Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

F.Məmmədov qeyd edib ki, cari ilin mart ayında Gəncə şəhərindəki Kəlbəcər rayon məcburi köçkün qəsəbəsində Dünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş tədbirdə qəsəbədə məskunlaşan məcburi köçkünlər üçün mərkəz tərəfindən İİV, hepatit B və C infeksiyalarına görə kütləvi müayinə təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə