"Demokratik ölkə olaraq hələ də selektiv abort problemini həll edə bilmirik" - Hicran Hüseynova

“Demokratik ölkə olaraq hələ də selektiv abort problemini həll edə bilmirik. Azərbaycan selektiv abortların sayına görə artıq Çini keçib. Bu, çox ürək ağrıdıcıdır”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisdə ailə sağlamlığı ilə bağlı keçirilən ictimai dinləmədə millət vəkili Hicran Hüseynova deyib.

"Bu gün erkən nikahların əksəriyyətini də axundlar həyata keçirir. İndiyə qədər biz bir dəfə də olsa bir nəfər cəzalandırıldığını və ya bu istiqamətdə iş görüldüyünü eşitməmişik", - komitə sədri bildirib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə