“Milli peyvənd təqvimi icbari hal almalıdır” - HƏKİM DANIŞDI

“Son zamanlarda qızılca, suçiçəyi və digər infeksiyaların baş alıb getməsinin, çoxalmasının bir səbəbi ölkədə bir müddətdir insanların peyvənd təqvimindən yayınmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Adil Qeybulla deyib.

O bildirib ki, valideynlər uşaqlarını peyvənd etdirməkdən yayınır, hətta peyvənd etdirməkdən imtina edirlər: “Bu məsələdə isə icbarilik yoxdur. Buna görə də nəticədə uşaqların xəstələnməsi üçün fon yaranır.

Hazırda xeyli uşaq vaksindən kənarda qalıb və vəziyyəti pisləşdirən də budur. Hesab edirəm ki, təcili şəkildə milli peyvənd təqvimi icbari şəkildə olmalı, dövlət xəstəxanlarında həyata keçirilməlidir. Eyni zamanda valideynlər də uşaqlarını mütləq şəkildə peyvənd etdirməlidirlər.

Qızılcaya qarşı peyvəndin zamanı da irəli çəkilməlidir. Çünki epidemoloji vəziyyət nəzərə alınaraq təcili tədbirlərin görülməsinə ehtiyac var”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə