Türk həkim antibiotiklər haqqında dəhşətli faktlar açıqladı - DİQQƏT

"Antibiotiklərin gələcək nəsillərdə təsirli olması üçün rasional istifadəsi şərtdir". SİA xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri türk baş həkim Yakup Çətinkaya deyib.

Türkiyədə keçirilən 18-24 noyabr Dünya Antimikrob Fərqindəlik Həftəsində mütəxəssislər bu barədə geniş məlumat verib. İnsan, heyvan və bitkilərdə yarana biləcək infeksiyaların qarşısını almaq və müalicə etmək üçün işlədilən antibiotiklərin diqqətli istifadəsi mövzusunda xəstəxana heyəti tərəfindən həftə boyunca xəstələrə və heyətə məlumat verilib.

Baş həkim Yakup Çətinkaya antibiotiklərdən dəqiq olmayan istifadəyə qarşı xəbərdarlıq edib. O, bildirib ki, xəstələr özbaşına antibiotik qəbul edə bilməz. Bu, doğru addım deyil.

Həkim qeyd edib ki, antibiotiklər hər xəstəliyi müalicə etmir. Antimikrobların tövsiyə ilə içilməməsi lazım olan dərmanlar olduğuna toxunan başhəkim antibiotiklərin ağrı kəsici, temperatur azaldan olmadığını, hər xəstəliyi müalicə etmədiyini bildirdi.

Həkimin sözlərinə görə, antibiotiklər sadəcə həkimin resept yazdığı vəziyyətlərdə, əczaçının məsləhətində uyğun miqdar və müddətdə istifadə edilməlidir. Bunlar həkim resept yazmadıqda özbaşına və ya dost məsləhəti ilə istifadə edilməməlidir. Əsas da, qrip və soyuqdəymə kimi viruslarla bağlı tənəffüs yolu infeksiyalarında antibiotiklərin müalicədə yeri yoxdur. Türkiyə həm antibiotik istifadəsində, həm də antimikrob müqavimətdə Avropa bölgəsində ən yüksək faizlərə sahib ölkələr arasında olub. Burada cəmiyyətin üzərinə də böyük iş düşür. Belə ki, biz hamımız bu məsələdə üzərimizə düşəni etməliyik. Unutmamalıyıq ki, çox dərman qəbul etmək deyil, düzgün dərman sağaldır".

Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə