Artrit xəstəliyindən qorunmaq üçün nə etməli? - İNFEKSİONİST DANIŞDI

“Artrit oynaqların iltihabi xəstəliyidir. Bu ya irinli iltihabi proses və ya asseptik iltihab ola bilər. Oynaqların iltihabı müxtəlif xəstəlik və travmalardan yarana bilər. Travmada oynağın zədələnməsi zamanı şişmə, qızarma kimi hallar baş verir. Artrit zamanı isə oynaq ətrafı qızarır, şişir və oynaq hərəkətində ağrılar olur”. Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Adil Qeybulla deyib.

O bildirib ki, artritlərə müxtəlif xəstəlik və travmalarla yanaşı, infeksiyalar da səbəb ola bilər: “Bütövlükdə oynaqlar da başqa orqanlar kimi zədələnməyə məruz qala bilər, infeksiya düşə bilər. Artritdən qorunmaq üçün artrit yaradan səbəblərdən qorunmaq lazımdır. Bununla yanaşı el arasında yaşlı adamlarda oynaqlarda duzlaşma adlandırılan problem də olur. Bu əslində oynaqların deformasiya etməsi, birləşdirici toxuma strukturlarının iltihabı ilə nəticələnən prosesdir. Bu isə xəstələrdə ağrılara səbəb olur və daha çox yaş xəstəliyidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə