MGH-nin həkimləri ən mürəkkəb cərrahi problemləri öz üzərinə götürür

Mərkəzi Gömrük Hospitalının ümumi cərrahiyyə üzrə ixtisaslaşmış həkimləri və tibbi personalı cərrahiyyə və əməliyyatdan sonrakı qulluq sahəsində yüksək standartlı cərrahi xidmətlər təqdim edir. SİA xəbər verir ki, Ümumi Cərrahiyyə şöbəsinin peşəkar cərrahları tərəfindən laparoskopik və açıq üsulla bütün növ mürəkkəb cərrahi əməliyyatlar uğurla həyata keçirilir.

Ümumi cərrahiyyə ən mürəkkəb cərrahi problemləri öz üzərinə götürür. İstənilən cərrahi müdaxilənin məqsədi xəstənin həyatını xilas etmək və sağlamlığını bərpa etməkdir. Bir çox hallarda bu, həyatda qalmaq üçün yeganə şans olur. Diaqnostik üsullar olan ultrasəs, rentgen, biopsiya KT və MRT diaqnoz nəticəsində əldə edilən məlumatlara əsasən optimal cərrahi müdaxilə üsulu və ya müalicə seçilir. Qürurverici haldır ki, endoskopik yolla düz bağırsaq fistulasının ləğvi əməliyyatı ölkəmizdə ilk dəfə məhz Mərkəzi Gömrük Hospitalında icra olunub. Ümumi cərrahiyyə şöbəsində müalicə edilən xəstəliklərin sırasında qaraciyər, öd kisəsi, öd yolları və mədəaltı vəzin cərrahi xəstəlikləri, qida borusu, mədə, nazik bağırsaqların cərrahi xəstəlikləri, yoğun və düz bağırsaq xəstəlikləri, yoğun bağırsağın qeyri- spesifik iltihabi xəstəlikləri, həzm sistemi orqanlarının xoş və bəd xassəli yeni törəmələri, peritonarxası sahə və çanaq törəmələri, anal bölgənin xəstəlikləri, yırtıqlar, qalxanabənzər vəzin xəstəlikləri və virus hepatitləri vardır.

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə şöbəsinin ümumi cərrahı Aynur Səfiyeva icra etdiyi əməliyytalar barədə ətraflı məlumat verib. Aynur həkimin çıxışını Sizə təqdim edirik. https://www.youtube.com/watch?v=fevgOzuyJeI

Bütün xəbərlər Facebook səhifəmizdə