Uşaqlarda perinatal və neonatal skrininq aparılması mövzusunda tədbir keçirilib

Mərkəzi Gömrük Hospitalında 21 noyabr 2023-cü il tarixində Revvity şirkətin nümayəndələri tərəfindən “Uşaqlarda perinatal və neonatal skrininq aparılması” mövzusunda təqdimat edilib. SİA xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Mama-ginekologiya şöbəsinin rəisi, t.ü.f.d., Təranə Bayramova, mama-ginekoloq Nərmin Muradova, pediatr Nazilə Hüseynova, Tibbi Laboratoriyanın rəis əvəzi Səbinə İbrahimova və digər rəsmi qonaqlar iştirak ediblər.

Təqdimatda skrininqin düzgün aparılmasının vacibliyindən və hal-hazırda dünyada geniş istifadə olunan avadanlıqlardan söhbət aparılmışdır.Görüşdə qeyd olunub ki, neonatal dövrdə skrininq 2 hissəyə bölünür:
1. Bütün yenidoğulmuşlar üçün klinik müayinə və biokimyəvi testlər
2. Xüsusi testlər tələb olunur. Bu testlərin aparılması üçün xüsusi avadanlıqlar lazımdır.

Təqdimatda, əsasən, Delfia Victor və GSP skrininq cihazları barəsində ətraflı danışıldı. Bu cihazlar vasitəsi ilə Fenilketonuriya, anadangəlmə hipotireoz, Mukovissidoz, Qalaktozemiya və s. anadangəlmə xəstəliklər müayinə olunur.

Qeyd edək ki, qurudulmuş qan ləkəsi nümunələrindən istifadə edərək, yenidoğulmuşlarda qüsurların skrininqi üçün avtomatlaşdırılmış yüksək məhsuldarlığa malik olan Delfia Victor və GSP platformalarında aparılan müayinələrin dəqiqliyini və etibarlılığını təmin edir. Laboratoriyada aparılan yenidoğulmuşların düzgün skrininqi körpələrin gələcək sağlam həyatına təminat verir.

Bütün xəbərlər Facebook səhifəmizdə