"Təcili tibbi yardım avtomobillərinin sayı artırılacaq" - Samiq Sadıxov
"Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidenti tərəfindən köklü islahatlar aparılır. Bu islahatlar bütün sistemi əhatə edir və iqtisadiyyatın, sosial rifahın gücləndirilməsinə hesablanıb. Bu atılan addımla davamlı olaraq Naxçıvanın sosial-iqtisadi inkişafına dair dövlət proqramı təsdiq olunub. Bu proqram çərçivəsində çox ciddi işlər həyata keçirilir. Səhiyyə sistemi də bu proqramda xüsusi əhəmiyyət kəsb edir". SİA xəbər verir ki, bu sözləri Naxçıvanın səhiyyə naziri Samiq Sadıxov jurnalistlərlə görüşdə deyib.
Onun sözlərinə görə, ötən 7 ay ərzində səhiyyə sistemində insanların tibbi xidmətə əlçatanlığının artırılması, tibbi kadrların hazırlanması, həkimlərin əməyin ödəniş qaydasının müasir tələblərə uyğun yenidən təşkil edilməsi istiqamətində işlər görülüb: "Yeni bir səhiyyə modelinin yaradılması ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə ciddi əməkdaşlıq etmişik. Bununla da Naxçıvan səhiyyəsinin inkişafına töhfə verilməsinə nail olmağa çalışdıq".
"Naxçıvanda Ailə Sağlamlıq Mərkəzləri yaratdıq. Bu mərkəzləri rayon xəstəxanalarının tabeliyindən çıxartmaqla tibbi xidmətin keyfiyyətinin artırılmasını hədəfləmişik. Naxçıvan şəhərində fəaliyyət göstərən Təcili Tibbi Yardım Mərkəzinin bazasında Təcili Tibbi Yardım Xidməti yaradıldı. Bu xidmətlə Naxçıvanda 12 geolokasiyanın 40-a çatdırılması nəzərdə tutulu . Bunun proqram təminatı ilə bağlı işlər yekunlaşmaq üzrədir. Bu, bir mərkəzdən ibarət olacaq. Eyni zamanda, təcili tibbi yardım qarajının yenilənməsi ilə bağlı ciddi tədbirlər görülüb. Bugünkü avtomobillər müəyyən mənada bizim ehtiyacımızı qarşılayır. Amma növbəti illərdə bu ehtiyacların ödənilməsi baxımından qarajdakı avtomobillərin artırılması ilə bağlı işlər həyata keçirilir",- deyə nazir əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB