Həkim-terapevti Xumar Novruzova
Mərkəzi Gömrük Hospitalının həkim-terapevti Xumar Novruzova Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Kistoz fibroz - Standart müalicədən modulyator müalicəsinə doğru" mövzusunda elmi-praktiki konfransda iştirak edib. "Kistik Fibroz Xəstələrinə Yardım" İctimai Birliyi tərəfindən təşkil olunmuş konfransda Azərbaycan və Türkiyənin mütəxəssis həkimləri tərəfindən kistoz fibrozun bütün tərəfləri - diaqnostika, müayinə və müalicəsi, eləcə də ən yeni, keyfiyyətli modulyator müalicədə beynəlxalq təcrübəyə dair müzakirələri aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə