İTS sistemindəki problemlər və ÇIXIŞ YOLLARI - MÜNASİBƏT BİİLDİRİLDİ
“Xəstəliklər qrupunun böyük bir hissəsi icbari tibbi sığorta çərçivəsində xidmətlər göstərilməsi üçün nəzərdə tutulub. Bu xidmətlər zərfində hər bir vətəndaş dövlət və özəl müəssisələrdə müayinə və müalicəsini həyata keçirə bilər”. SİA xəbər verir ki, bu barədə Milli Məclisin səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib.

Millət vəkilinin sözlərinə görə özəl və dövlət strukturlarında qarşılıqlı əlaqədə bəzən kommunikasiya problemləri ilə rastlaşmaq olur: “Bəzən dövlət müəssisələrində müəyyən müayinələri həyata keçirmək olmadığı üçün özəl strukturlara yönləndirmələr olur. Bunun üçün göndəriş sistemi fəaliyyət göstərir. Göndəriş sistemi vasitəsilə dövlət səhiyyə müəssisələrindən özəl müəssisələrə istər stasionar, istərsə də ambulator müalicə üçün göndərişlər həyata keçirilə bilər. Lakin göndərişlər sistemində bəzən növbəliliyin pozulması, çevik reaksiyanın olmaması bu əlaqənin pozulmasına gətirir. Bu vətəndaşlarımız tərəfindən qaldırılan, narazı qalınan məsələlərdən biridir”.
M.Məmmədov bildirib ki, istər özəl, istərsə də dövlət strukturlarında yüksək səviyyədə xidmətin təşkil olunduğu müəssisələr olduğu kimi vətəndaşlara xidmət keyfiyyəti istənilən səviyyədə olmayan müəssisələr də var: “Ümumən yanaşmaya diqqət yetirsək həm regionlarda, həm də Bakıda bu istiqamətdə müəssisələrin yenidən qurulması və inkişafı baxımından mühüm addımlar atılır. Burada ən böyük problemlərdən biri də müayinə və müalicə üçün əhalinin Bakı şəhərinə daha çox gəlməsidir. Bu da istər-istəməz növbələrə, vətəndaş məmnuniyyətsizliyinə də gətirib çıxara bilir”.
Müəllif: Rəşid Qarayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB