17 Noyabr Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günüdür. 2009-cu ildə Yeni Doğulmuş Uşaqlara Nəzarət üzrə Avropa Fondunun təşəbbüsü ilə noyabrın 17-də Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü təsis edilib. SİA xəbər verir ki, hər il planetdə təxminən 15 milyon uşaq vaxtından qabaq doğulur. Mərkəzi Gömrük Hospitalının pediatrı Təranə Göyüşova “Doğru bildiyimiz yanlışlar” rubrikasında vaxtından əvvəl doğulan körpələr barədə düz bildiyimiz səhvlər barədə məlumat verib.
-Deyirlər ki, uşaqlar səkkizinci ayda doğulmaqdansa, 7 ayda doğulmaları təhlükəsizdir. Bu belə deyil. Körpə vaxtından nə qədər tez doğulsa, fəsadlar və ölüm riskləri bir o qədər yüksəkdir.
-Deyirlər ki, vaxtından əvvəl doğulmuş körpələr tez-tez xəstələnir, çünki vaxtından əvvəl doğulmuş körpələrin immunitet sistemi tam inkişaf etməmişdir. Tədqiqatlar isə göstərir ki, vaxtından əvvəl doğulmuş uşaqlarda interferonun səviyyəsi və onun virusu məhv etmək qabiliyyəti normal həmyaşıdlarla eynidir.
-Çox vaxt eşidirik ki, vaxtından əvvəl doğulmuş körpələr ağrı hiss etmir. Tədqiqatlar bunun əksini göstərir: onlar vaxtında doğulan körpələrə nisbətən ağrıya və digər təsirlərə daha həssasdırlar.
-İnsanlarda belə bir fikir formalaşıb ki, vaxtından əvvəl doğulmuş körpələr yalnız pis vərdişləri olan valideynlərdən doğulur. Sorğular isə göstərir ki, vaxtından əvvəl doğulmuş körpələrin analarının böyük əksəriyyəti hamiləlik dövründə siqaret çəkməyib, spirtli içki içməyib və narkotik istifadə etməyib.
-Deyirlər, vaxtından əvvəl doğulmuş körpələrin ana südünə ehtiyacı yoxdur. Ana südü yeni doğulmuş körpənin ehtiyac duyduğu bütün qidaları və infeksiyalardan qoruyan anticisimləri özündə ehtiva edir.
-Belə bir fikir yayılıb ki, vaxtından əvvəl doğulmuş körpələr əmizdirilərkən anaya ehtiyac duymurlar. Bu fikir "qapalı" reanimasiya şöbələri olan müəssisələrin valideynlərə ciddi şəkildə müəyyən edilmiş saatlarda, bəzən gündə 30-40 dəqiqə icazə verməsi səbəbindən qaynaqlanıb.
-İlkin mərhələdə vaxtından əvvəl doğulmuş körpələr zond və ya venadaxili qidalanmaya ehtiyac duya bilər, lakin tədricən o, ana südü ilə qidalanmaya köçürüləcəkdir.
Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsində https://www.facebook.com/customshospital məlumatları izləyə bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB