DGK-nın Tibbi Xidmət İdarəsində könüllü gömrükçülər fəaliyyətə başlayıb - FOTO
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində könüllülük hərəkatının inkişafı çərçivəsində yaradılan 11-ci “Könüllü gömrükçü” dəstəsinin 7 üzvü 14 noyabr 2023-cü il tarixindən 14 fevral 2024-cü il tarixədək 3 ay müddətində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin müvafiq şöbələrində fəaliyyətə başlayıb. SİA xəbər verir ki, bununla əlaqədar olaraq 14 noyabr 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində çalışacaq könüllü gömrükçü dəstəsinin üzvləri ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Dövlət Gömrük Komitəsi Sosial İnnovasiyalar və Motivasiya şöbəsinin böyük inspektoru Nuray Əliyeva və könüllü gömrükçülər iştirak ediblər.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım könüllü gömrükçüləri müxtəlif şöbələrdə fəaliyyətə başlamaları münasibətilə təbrik edərək bildirib ki, könüllü gömrükçülər böyük təcrübə qazanmaqla yanaşı öz bilik və bacarıqlarını qısa müddət ərzində sürətlə inkişaf etdirə biləcəklər. Daha sonra Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov könüllü gömrükçülərə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının fəaliyyəti barədə, son illlər ərzində tibb sahəsində əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının müxtəlif şöbələrində könüllü gömrükçü kimi fəaliyyət göstərəcək Aytac Mustafayevanı, Aysel Əliyarovanı, Leyla Muradlını, Mədinə Məmmədovanı, Şəfa Mirzəzadəni, Naibə Nağıyevanı, Aysun Abuzərlinu və Nigar İsrafilovan fəaliyyətlərində uğurlar arzulayırıq!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB