Sosisdən zəhərlənmə halları hansı hallarda baş verə bilər? - FAKTLAR AÇIQLANDI
Məlumdur ki, dünən Sumqayıtda ana və 2 qızı sosisdən zəhərlənib. Belə ki, 1984 cü il təvəllüdlü Ləbibova Vüsalə Hüseynağa qızı, övladları 2016-cı il təvəllüdlü Ləbibzadə Ayşə Zaur qızı və 2017-ci il təvəllüdlü Ləbibzadə Fəridə Zaur qızı yaşadıqları evdə yedikləri sosisdən zəhərləniblər. Ana Təcili Tibbi Yardım Xəstəxanasına, uşaqlar isə Uşaq Xəstəxanasına yerləşdirilib. Bəs, sosisdən zəhərlənmə halları hansı hallarda baş verə bilər? SİA mövzu ilə bağlı təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyevin fikirlərini öyrənib.

Asim Vəliyev bildirib ki, sosislər, kolbasalar ət və ət məhsulları aid yüksək risk qrupundan olan məhsullardır: "Sosis və kolbasalar bir çox səbəblərdən zəhərlənməyə səbəb ola bilər. Saxlanma şəraiti olmadıqda, saxlanma temperaturuna riayət edilmədikdə, yaxşı bişirilmədikdə qida zəhərlənmələri baş verə bilir. Bu məhsullar çiy və az bişmiş olaraq satılır. Tərkibində olan bakteriyaların zərərsizləşdirilməsi üçün yaxşıca bişirilməsi lazımdır. E. koli, salmonella və listeria kimi bakteriyalar ət məhsullarında mövcud olan təhlükəli mikroorqanizmlərdir. Bu bakteriyalar çiy və düzgün bişirilməyən ət və ət məhsulları ilə orqanizmə daxil ola bilir. Nəticə etibarilə qida zəhərlənməsinə səbəb olur. Əlamətləri mədə bulantısı, qusma, ishal, qarın ağrısı, baş gicəllənməsi, qızdırma kimi həzm sistemi narahatlıqları baş verir.
Sosiska və kolbasa kimi ət məhsullarını təhlükəsiz şəkildə istehlak etmək üçün bir neçə qaydalara riayət etmək lazımdır. Aldığımız ət məhsullarını soyuducuda alt rəflərdə düzgün temperaturda saxlamaq lazımdır. Açıldıqdan sonra yenidən paketləyib soyuducuda düzgün şəraitdə saxlamağa diqqət etməliyik.
Ət və ət məhsullarını uyğun bir bişirmə metodu ilə bişirməliyik. Bu metod mikroorqanizmləri zərərsizləşdirməyə kömək edir.
Çiy və bişmiş məhsullar arasında çarpaz yoluxmanın qarşısını almaq lazımdır. Çiy ətə təmas edən bıçaqlar və kəsim taxtaları ayrı olmalıdır. Bişmiş ətləri də kəsmək üçün ayrı bir bıçaq və kəsim taxtası istifadə etməliyik. Ət məhsullarını etibar etdiyimiz yerdən almalıyıq.
Üstəlik kolbasa və sosislər emal zamanı istifadə olunan qatqı maddələri səbəbi ilə də bir çox sağlamlıq problemlərinə gətirib çıxara bilir. Hətta Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Xərçəng Araşdırma Agentliyi kolbasa, sosis, sucuq, basdırma kimi işlənmiş ətlərin xərçəngə səbəb olduğunu bildirir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB