Əldə olunan məlumatlara görə, bu həftə heç kim vaksin vurdurmayıb. Bunu nəzərə alaraq artıq koronavirus tam olaraq bitib deyə bilərikmi? SİA mövzu ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədlinin fikirlərini öyrənib.

Onun sözlərinə görə, ümumi statistik məlumatları götürsək, xəstəxanalarda olan məlumat və Səhiyyə Nazirliyinin müvafiq təşkilatlarında olan qərarları analiz etdikdə belə qərara gəlirik ki, koronavirusun aktuallığı azalsa da bu yoxdur deyə bilmərik: “Çünki heç yoluxan, həm də ağırlaşan insanlar müşahidə olunur. Statistik göstəricilərdə bu öz əksini tapır”.
Müşfiq Məmmədli sözlərinə belə davam edib: “Buna görə də xüsusən havaların soyuması ilə əlaqədar olaraq deyə bilərik ki, koronavirus öz aktuallığını itirsə də, əvvəlki təhlükə səviyyəsində olmasa da hələ cəmiyyətimizdə yoluxan insanlar var. Bu virus infeksiyası olduğuna görə zaman-zaman müşahidə edəcəyik. Amma vaksin vurulması məsələsi koronavirusun aktuallağı barədə fikir yürütmək üçün əsas vermir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB