“Qarabağdakı insanlara 7/24 saat ərzində xidmət göstərilir” - DEPARTAMENT RƏHBƏRİ

“Qarabağda digər zəruri həyat sahələri ilə yanaşı, eyni zamanda tibbi xidmətlərin təşkili sahəsində də intensiv işlər həyata keçirilir”. SİA xəbər verir ki, bu sözləri “Medinex” və “Beauty Azerbaijan” sərgilərinə həsr olunan mətbuat konfransında jurnalistlərə açıqlamasında TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova deyib.

Onun sözlərinə görə, TƏBİB digər səhiyyə qurumları ilə birgə Qarabağda tibbi xidmətlərin təminini reallaşdırır: “Bu mənada Qarabağda ilk olaraq Şuşa modul tipli xəstəxana fəaliyyət göstərib. İndi də uğurlu formada fəaliyyətini davam etdirir. Eyni zamanda, Laçın, Hadrut və Ağalıda bizim ailə sağlamlıq mərkəzlərimiz fəaliyyət göstərir. Həmin ailə sağlamlıq mərkəzləri həm tibb personalı, həm də tibbi avadanlıq və cihazlar olaraq ən təkmil formada təmin olunub. Hazırda da 7/24 saat ərzində orada insanlara xidmət göstərilir.

Qarabağa köçürülən əhalinin tibbi müayinələrinin aparılmasi intensiv olaraq davam etdirilir. TƏBİB-in tabeliyində Qarabağa köçürülən şəxslərin ilkin müayinəsi həyata keçirilir. Bu müayinədə onların mövcud xəstəliklərinin erkən müəyyən olunması və zəruri yardımın göstərilməsi hədəflənir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə