Rusiyalı həkimlər bir sıra vəzifələrdən azad olunacaqlar

Səhiyyə Nazirliyi tibb işçilərinə xəstələrə daha çox vaxt ayırmağa imkan verəcək genişmiqyaslı layihə hazırlayır. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya Səhiyyə Nazirliyi tərəfindən əmək məhsuldarlığının artırılması üzrə genişmiqyaslı layihə hazırlanır, o, həkimləri xəstələrə daha çox vaxt ayırmaq üçün lazımsız qeyri-tibbi vəzifələrdən azad etməyi nəzərdə tutur.

Bu barədə Rusiya Federasiyası Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko Adıgey Respublikasına işgüzar səfəri zamanı bildirib.

...Əmək səmərəliliyinin artırılması üzrə federal layihənin bir hissəsi olaraq biz tibb işçisindən qeyri-tibbi prosedurları aradan qaldıracağıq ki, bu da zəng mərkəzləri və digər məlumat mütəxəssisləri tərəfindən həyata keçirilməlidir.

Bunu deyən Muraşkonun sözlərinə görə, hazırda gənc mütəxəssislərin - həm xəstəxana işçiləri, həm yüksək ixtisaslı həkimlər, həm də ambulatoriyalara xüsusilə nəzərə çarpan böyük axını müşahidə olunur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə