“İşğaldan azad olunmuş bölgələrdə səhiyyənin inkişafı prioritet məsələdir” - DEPUTAT FİKİR BİLDİRDİ
“Hazırda Azərbaycan səhiyyəsində iki il öncəsinə nəzərən xeyli inkişaf müşahidə edirik. Amma müstəqillik dövründən hazırki müddətə qədər nəzər yetirsək, müqayisə olunmaz dərəcədə inkişaf yolu keçildiyinin şahidi olarıq. Xüsusilə son illərdə icbari tibbi sığortanın tətbiqindəki uğurlar həm maddi texniki bazanın yüksəldilməsi, həm də əhaliyə dolğun tibbi xidmət göstərilməsi baxımından mühüm rol oynayır. Bununla yanaşı müəyyən problemləri də müşahidə edirik”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib.
M.Məmmədli bildirib ki, ilk problem səhiyyənin inkişafının hələ də əhalini tam qane etməməsidir. Digər məsələ isə İcbari Tibbi Sığorta çərçivəsində xidmətlər zərfinin bütün xəstəlikləri əhatə etməməsi, bu istiqamətdə bəzi bölgələrdəki həkim çatışmazlığı da səhiyyədəki problemlər içərisindədir.
Digər tərəfdən səhiyyə ilə bağlı daha çox regionlaramızda problemlər mövcuddur. Regionlarda səhiyyə ilə bağlı olaraq infrastruktur yenilənir, bərpa edilir, yeni tibb müəssisələri açılır. Lakin həkim personalı yenə də bölgələrdə istər kəmiyyət, istərsə də keyfiyyət baxımından problemli məsələ olaraq qalır. Amma bu istiqamətdə işlər davam etdirilir, islahatlar aparılır. Gənc kadrlar, tibb personalı işə cəlb edilir. Xaricdə təhsil alan gənclər də Azərbaycan səhiyyəsinə öz töhfələrini verirlər. Eyni zamanda hazırda işğaldan azad olunmuş bölgələrdə səhiyyə sisteminin inkişaf etdirilməsi prioritet məsələlərdən birinə çevrilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB