Mərkəzi Gömrük Hospitalının həkim-rezidenti maraqlı təqdimatla çıxış edib
Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin ikinci il həkim-rezidenti Dr Elxan Qasımov 19 oktyabr 2023-cü il tarixində “Sidik kisəsi törəmələri” mövzusunda təqdimatla çıxış edib. Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Cərrahiyyə şöbəsinin rəisi, ümumi cərrah Namiq Novruzov, Cərrahiyyə şöbəsinin ümumi cərrahı, rezidentlərin kuratoru t.ü.f.d., Dr.Aynur Səfiyeva, Urologiya şöbəsinin uroloqu, uzman uroloq Samir Ağalarov, həkimlər və rezidentlər iştirak ediblər.
Təqdimatında sidik kisəsi törəmələrinin risk faktorları, əlamətləri, diaqnostikası, müalicə üsulları haqqında ətraflı məlumat verən həkim-rezident Elxan Qasımov bildirib ki, siqaret çəkmə, xüsusilə hal-hazırda istifadəsi geniş yayılmış elektron siqaretlər, şistomiyazis, peşə faktotu və digər səbəblər risk faktorlarındadır. Diaqnostikasında fiziki müayinə, USM, KT Uroqrafiya və İV pieloqrafiya, KT, MRT və sistoskopiydan istifadə olunur. Təqdimatın sonunda Elxan Qasımov sidik kisəsi törəmələrinin müalicəsində istifadə olunan ən müasir yanaşmalar və dünya təcrübəsi barədə danışıb.
Daha sonra həkim-rezident Elxan Qasımov Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidovun, həkimlərin və rezidentlərin suallarını cavablandırıb, Mərkəzi Gömrük Hospitlının Urologiya şöbəsində xəstəliyin konservativ və cərrahi müalicəsi ilə bağlı təcrübə ilə bölüşülüb. Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalında təhsil alan rezident-həkimlərin hər biri kuratorlarının dəstəyi ilə təhsil aldıqları sahələr üzrə müxtəlif mövzularda davamlı olaraq təqdimatlarla çıxış edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB