MGH-nin həkimi dünya üzrə rəsmi proktor elan edilib

Mərkəzi Gömrük Hospitalının İnvaziv kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq Dr.İlqar Tahiroğlu “Medtronic” firması tərəfindən sertifikat almışdır. SİA xəbər verir ki, bu, dünyada TAVİ əməliyyatının proktorluğunun qəbul edilməsi sertifikatıdır. Bu o deməkdir ki, bu sertifikatı almış şəxs TAVİ əməliyyatının icra olunduğu bütün ölkələrdə yeni başlanan mərkəzlərə proktor olaraq dəvət edilir və orada əməliyyatın təşkili, həyata keçirilməsi, təlimlərin təşkilinə icazə Medtronic tərəfindən verilmişdir.

Qürurverici haldır ki, həmkarımız İlqar həkim dünya üzrə rəsmi proktor elan edilib. Artıq TAVİ əməliyyatlarını dünyanın hər yerində proktor olaraq aktiv şəkildə icra edəcək. İlk səfər Özbəkistana planlaşdırılıb. Orada 4 TAVİ əməliyyatı həyata keçiriləcək. Bu münasibətlə Dr.İlqar Tahiroğlunu ürəkdən təbrik edir, ona gələcək fəaliyyətində uğurlar diləyirik!

Bütün xəbərlər Facebook səhifəmizdə