İshalın qarşısını almaq üçün uyğun qidalanma tövsiyələri
SİA bu barədə Tükiyə saytlarına istinad edir.
İshal, yəni el dili ilə desək, qarınişləmə zamanı ilkin olaraq nələr etmək və necə qidalanmaq lazımdır?
- Maye itkisinin qarşısını almaq üçün su içməyə davam edilməlidir. Vücudun itirdiyi natrium, kalium və xlor kimi su və elektrolitləri əvəz etmək üçün gün ərzində bol su içmək vacibdir. Sudan başqa, şaftalı, alma, ayran və mineral sular gündəlik maye ehtiyacını ödəməyə kömək edir.
- İshalı müalicə etmək üçün şəkərsiz hazırlanmış alma, heyva və şaftalı kompotları içilməlidir.
- Süd və məhsullarından yalnız fermentləşdirilmiş yağsız qatıq və ayrana üstünlük verilməlidir.
- Tam taxıl məhsullarından çox istifadə etməmək lazımdır.
- Çox yağlı və qızardılmış yeməklərdən uzaq olmaq, az yağlılarını seçmək məsləhətdir. İlk 3-4 gündə ət məhsullarını az qəbul etmək lazımdır.
- Şorbaların vitamin tərkibini artırmaq üçün ət və sümük suyu yaxşıdır.
- Tərkibində şəkəri yüksək olan qidalardan uzaq durmalı və istifadə edilməməlidir. Çünki şəkər bağırsaqların işləmə sürətini artırır, ishala yol aça bilir.
- Ərik, gavalı, albalı, armud, əncir, portağal, naringi, qarpız, qurudulmuş meyvələr, kartofdan başqa, yaşıl və bütün tərəvəzlər, süd, paxlalı bitkilər, tərkibində lif olan qidalar, bulqur, tam buğda çörəyi ishalı artıran qidalardır.
- İshal dövründə sadə yeməklər seçmək, az və qısa fasilələrlə yemək lazımdır.
Bəs ishal zamanı hansı qidalar seçmək lazımdır ki, faydalı olsun? Ağ ət, az yağlı pendir, yağsız hazırlanmış sıyıq, yağsız makaron, dovğa, qatıq, ayran, ağ çörək, banan, kartof, soyulmuş alma, şaftalı, heyva.
- Qaynadılmış, həm də salat və şorbanın içində olan kartof.
- Plov, sıyıq, pudinq.
- Qabığı soyulmuş banan və alma, o cümlədən, şaftalı, böyürtkən, albalı, kök.
- Yağsız pendir.
- İshal azalarsa, yağsız qaynadılmış ət.
- Tez-tez və az yemək.
- Hər ishal nəcisindən sonra 1 stəkan maye içmək.
- Şəxsi təmizliyə diqqət yetirilməli və əllər həmişə təmiz olmalıdır.
- Şübhəli su içilməməli və ya həmin su qaynadılıb içilməlidir.
- Yeməzdən əvvəl meyvə və tərəvəzlər bol su ilə yuyulmalıdır.
- Süd, qatıq və pendir alarkən qablaşdırılanlara üstünlük verilməlidir.
- Alınan qida məhsullarının istehsal və yararlılıq tarixləri yoxlanılmalıdır.
- Süd, qatıq, yumurta, toyuq, ət, yağ və bunlardan hazırlanan yemək və desertlər soyuducuda saxlanılmalıdır.
- Çiy və ya az bişmiş ət yeyilməməlidir.
- Yay aylarında yağlı yeməklər yerinə təzə meyvə, tərəvəz, qatıq, ağ ət və s. yeyilərək qidalanmaya diqqət yetirilməlidir.
- Hər yerdə yemək doğru deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB