Dünyada ölüm sayına görə birinci yeri hansı xəstəliklər tutur? - HƏKİM AYDINLIQ GƏTİRDİ
"Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə dünyada ölüm sayına əsasən birinci yeri ürək-damar xəstəlikləri tutur. Əfsuslar olsun ki, ölkəmizdə də bu cür xəstəliklərdən əziyyət çəkən insanlarımızın sayı günü- gündən artmaqda davam edir". Bu sözləri SİA-ya açıqlamasında həkim terapevt Sübhan Hacıyev deyib.
Sübhan Hacıyev sözlərinə belə davam edib: "İnsan ürəyi 4 kameradan ibarətdir, 2 qulaqcıq və 2 mədəcik. Ürəyin sağ qulaqcığında yerləşən sinus düyünü isə müntəzəm spontan impulslar yaradaraq ürəyin döyünməsini yəni sistola və diastola halına gəlməsini təmin edir. Sinus düyünündə müəyyən zədələnmələr olduqda isə impulsların ötürülməsində problemlər yarandığı üçün ürəkdə ritm pozğunluğu yəni aritmiya əmələ gəlir. Aritmiyaların növünə və intensivliyinə görə həyat üçün təhlükəli olub-olmaması müəyyən olunur. Bir çox aritmiyalar genetik olduğu kimi (məs. Bruqada sindromu, Uzun və ya Qısa QT sindromu və s.) sonradan qazanılmış da ola bilər (məs. Qulaqcıq fibrilyasiyası, Mədəcik taxikardiyası, Mədəcik fibrilyasiyası və s.) və nə yazıq ki, bu aritmiya növləri ani ölümlə nəticələnə bilir.
Ürək-damar xəstəliklərinin yaranmasında əsas səbəb artıq çəki, spirtli içki, tütün çəkmə və sairə pis vərdişlərdir ki, nəticədə ürəyin koronar arterialarında xolesterinlə kirəcləşmə və tromboza yol açır. Ən dəhşətlisi də ondan ibarətdir ki, bu cür insanlar ildə 1 dəfə check-up müayinələrdən keçmədikləri üçün ürəyin qapaq xəstəlikləri, ürəyin işemik xəstəliklərindən xəbərsiz olduqları üçün gözləmədikləri anda qəfləti ürək dayanmasından həyatlarını itirirlər.
Eyni zamanda bir çox inkişaf etmiş ölkələrdə təməl həyat dəstəyi proqramı qeyri tibb işçilərinə də keçirildiyi üçün insanlar ətrafında ürəkdayanması yaşamış xəstəyə ilkin tibbi yardımın necə göstərilməli olduğunu və təcili tibbi yardım briqadaları gələnə qədər necə həyatda saxlamaq mümkün olduqlarını öyrənirlər".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB