“Həkimlərimizi tanıyın!” rubrikamızda həkim-kardioloqu Günay Hətəmovanı təqdim edirik
“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə səmimiyyəti və peşəkarlığı ilə seçilən Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkim-kardioloqu Günay Hətəmovanı təqdim edirik.
DR.GÜNAY HƏTƏMOVA Mərkəzi Gömrük Hospitalında EKQ, Holter monitorinqi, Fiziki yük sınağı, Exokardioqrafiya, Transezofagial exo, Stress Exokardioqrafiya, Pediatrik Exokardioqrafiya, Ambulator qan təzyiqi monitorizasiyası, Koronar angjoqrafiya, Kardioversiya, ürək çatışmazlığı xəstələrinin müalicəsini və stasionar xəstələrin təqibini həyata keçirir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/gunay-hatamova/
Dr.Günay Hətəmova 2012-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirmiş, 2012-2018-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında kardioloq ixtisası üzrə rezidentura təhsili almışdır. O, 2018-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim kardioloq kimi fəaliyyət göstərir.
Günay həkim tibb elminin son nailiyyətlərini izləyən və dünya təcrübəsindən yararlanan yüksəkixtisaslı mütəxəssisdir. O, 2016-cı ildə Azərbaycan Kadiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən V Milli və I İnvaziv Kardioloqların konqresində, 2017-ci ildə Azərbaycan Kardiologiya Cəmiyyətinin VI Milli konqresində, həmin ildə Türk Dünyası Kardioloji Birliyinin Bahar simpoziumunda, 2018-ci ildə Türkiyənin İstanbul şəhərində Eğitim Araştırma Xəstəxanasında İnvaziv kardiologiya üzrə ixtisaslaşma kursunda, 2019-cu ildə Azərbaycan Kardiologiya Cəmiyyətinin VIII Milli konqresində, 2022-ci ildə Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun təşkilatçılığı ilə keçirilən "Kardiologiya və reabilitasiya: nailiyyətlər və perspektivlər" mövzusunda Elmi konfransda və digər elmi tədbirlərdə iştirak edib.
Dr.Günay Hətəmova Azərbaycan Kardiologiya Cəmiyyətinin və Avropa Kardiologiya Cəmiyyətinin üzvüdir. Günay həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB