Dietoloq Yelena Başkirova şəkərli çay və qəhvə içməyin əleyhinə çıxış edib. Onun sözlərinə görə, belə birləşmə orqanizmdə ciddi problemlərə səbəb ola bilər.
Başkirova xəbərdarlıq edib ki, hər fincan şəkərli içki mədəaltı vəzinin çoxlu insulin istehsal etməyə başlamasına gətirib çıxarır.
...Bu, zülal, lif və sağlam yağlarla tarazlaşdırılmayan sürətli karbohidratlara standart reaksiyadır.
Bu baxımdan, dietoloq, mümkünsə, şəkərsiz çay və qəhvə içməyi məsləhət görür.
Şəkərdən imtina etmək çətindirsə, onda nisbətləri nəzərə almaq lazımdır.
Beləliklə, əlavə edilən şəkər gündəlik qəbul edilən kalorinin 10 faizdən çox olmamalıdır.
SİA-nın həkimə istinadən əldə etdiyi məlumata görə, bu gün şəkər çörək, konserv, kolbasa, sous və un məmulatları kimi bir çox məhsulların tərkibində olur.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB