Cərrah və onkoloq-mammoloq Viktor Fedoseikin döş xərçənginin inkişaf riskini necə azaltmağı izah edib.
SİA bu barədə rus saytlarına istinad edir.
Qeyd edək ki, həkim müntəzəm məşq etməyə çağırır, çünki hətta orta səviyyədə müntəzəm fiziki fəaliyyət döş xərçəngi riskini azaltmağa kömək edir.
Həkimin fikrincə, həftədə hər 120 dəqiqə idmanla məşğul olmaq ölümcül xəstəliyə tutulma ehtimalını 5 faiz azaldır.
Onkoloq həmçinin “Omeqa-3” yağ turşuları olan balıqları mütəmadi olaraq yeməyi məsləhət görür.
Onun dediyinə görə, bu məhsulu hər həftə istehlak etmək döş xərçəngi riskini azaldır.
Bundan əlavə, Fedoseikin spirt içməyi dayandırmağı tövsiyə edir, çünki bu, hər hansı bir xərçəng növünün inkişaf ehtimalını artırır.
Həkim zeytun yağı ilə salat yeməyə çağırdı. Bundan əlavə, dəniz məhsulları ilə qidalanmaq da döş xərçənginə tutulma ehtimalı yüzdə 40 azaldır.
Və sonda doktor Fedoseikin, insanın özünü müayinə etməyi unutmamağq çağırıb.
...Süd vəzilərində hər hansı dəyişiklik olarsa, mütləq mütəxəssisə müraciət etməlisiniz.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB